Təhsil Tələbə Krediti Fondu maarifləndirici tədbir keçirib
- Nəşr edilib 12.05.2025 08:51
- Çap

Təhsil Tələbə Krediti Fondu maarifləndirici tədbir keçirib
Prezident İlham Əliyevin 17 iyun 2021-ci il 1367 saylı Fərmanı əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılmış Təhsil Tələbə Krediti Fondu Bakı Dövlət Universitetinin Qazax filialında maarifləndirici tədbir keçirib. Heydər Əliyev auditoriyasında keçirilən tədbirdə filialın tələbələri iştirak edib.
Filialın direktoru Arif Rüstəmov giriş sözü ilə çıxış edərək keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışıb.
Təhsil Tələbə Krediti Fondunun təhsil müəssisələri ilə iş şöbəsinin baş mütəxəssisi Günay Xəlilova çıxış edərək Fondun məqsədinin təhsil tələbə krediti sistemini tətbiq etməklə təhsilə əlçatanlığı təmin etməkdən, təhsil almaqda bərabər imkanlar yaratmaqdan və təhsilin əhatə dairəsini genişləndirməkdən ibarət olduğunu bildirib.
Sonra tədbir sual-cavab şəklində davam edib və tələblərin verdikləri suallar ətraflı şəkildə cavablandırılıb.
Filialın Mətbuat Xidməti

