Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib

Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib

Bakı Dövlət Universitetinin Qazax filialında Beynəlxalq Ailə Gününə həsr olunmuş “Ailə dövlətin təməlidir” mövzusunda tədbir keçirilib.

Filialın Tədris və elmi işlər üzrə direktor müavini Məmməd Yusifov giriş sözü ilə çıxış edərək keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışıb.

Pedaqoji fənlər kafedrasının baş müəllimi Nuridə Quliyeva, həmin kafedranın müəllimi Gülnar Abdullayeva, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının I kurs tələbəsi, Tələbə Elmi Cəmiyyətinin sədri Gülər Məmmədli tədbirdə çıxış ediblər. Çıxışlarda müstəqil Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərinin formalaşması Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğu, bu gün Prezident İlham Əliyev və ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən milli-mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərildiyi qeyd olunub.

Filialın Mətbuat Xidməti