BDU Qazax filialının tələbəsi “2025-ci ilin ən uğurlu gənc psixoloqu” mükafatı ilə təltif olunub

BDU Qazax filialının tələbəsi “2025-ci ilin ən uğurlu gənc psixoloqu” mükafatı ilə təltif olunub

Bu günlərdə Bakı Dövlət  Universitetinin Qazax filialı  tələbəsi yeni bir uğura imza atıb. Belə ki, Uluslararası Psixoloqlar Dərnəyini Azərbaycanda  təmsilçisi Lider Academy tərəfindən Gəncə şəhərində təşkil edilmiş  beynəlxalq mükafatlandırmada filialın Təhsildə sosial psixoloji xidmət  ixtisasının 3-cü kurs tələbəsi Minurə Hüseynova “2025-ci ilin ən uğurlu gənc psixoloqu” mükafatına layiq görülüb. O, eyni zamanda 6 aylıq Çocuk Psixdojisi Egitim Sertifikat Proqramını başa vuraraq “Beynəlxalq Dərəcəli təlimçi” sertifikatını da alıb.

Filialın direktoru Arif Rüstəmov bu münasibətlə Minurə Hüseynovanı qəbul edərək təbrik edib, ona yeni-yeni uğurlar arzulayıb.

Filialın Mətbuat Xidməti