“CareerLAB” şəbəkəsi BDU-nun Qazax filialında tədbir keçirib

“CareerLAB” şəbəkəsi BDU-nun Qazax filialında tədbir keçirib

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax-Tovuz regional nümayəndəliyi və Bakı Dövlət Universitetinin Qazax filialının birgə təşkilatçılığı ilə növbəti tədbir keçirilib. Karyerasını psixologiya sahəsində qurmaq istəyən gənclər üçün “Gələcəyini dizayn et: Psixoloji karyera planlamasının əhəmiyyəti” mövzusunda panel müzakirə aparılıb.

BDU-nun Qazax filialının direktoru Arif Rüstəmov giriş sözü ilə çıxış edərək keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışıb.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax-Tovuz regional nümayəndəliyinin əməkdaşı Abuhəyat Əfəndi müzakirə aparılacaq mövzulardan söz açıb. Moderator qismində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağstafa bölməsinin əməkdaşı Lalə Quliyeva, panelistlər qismində isə filialın pedaqoji fənlər kafedrasının müəllimlərindən Gülnar Abdullayeva və Ayşən Qasımova, "Bir İnci" psixoloji nitq mərkəzinin psixoloqu Adilə Xaşalova iştirak edib. Panel müzakirəsində “Praktiki psixologiyanın insan həyatına mənəvi və emosional toxunuşları”, “Psixoloji karyera planlamasının əhəmiyyəti”, “Peşə seçimində qərarsızlıq və özgüvən məsələləri", “Özünü kəşf və praktiki addımlar” mövzuları ətrafında fikirlər səsləndirilib.

Çıxışların sonunda gənclərin verdikləri suallar cavablandırılıb.

Filialın Mətbuat Xidməti