BDU-nun Qazax filialında “İnsan hüquqları aylığı” ilə əlaqədar tədbir keçirilib

BDU-nun Qazax filialında “İnsan hüquqları aylığı” ilə əlaqədar tədbir keçirilib

Bakı Dövlət Universitetinin Qazax filialında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin müraciətinə  əsasən “İnsan hüquqlqrı aylığı”nın elan olunması ilə əlaqədar tədbir keçirilib. Filialın Heydər Əliyev auditoriyasında keçirilən tədbirdə filialın professor-müəllim heyəti, tələbələr iştirak edib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Filialın direktoru Arif Rüstəmov giriş sözü ilə çıxış edərək tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Direktor A.Rüstəmov insan hüquq və azadlıqlarının təbliği, vətəndaşların öz hüquqları ilə bağlı məlumatlılığının artırılması, insan hüquqlarının müdafiəsi sahəsində mövcud çağırışlara diqqət yetirilməsi, insan hüquqlarının müdafiəsi sahəsində əldə olunmuş nailiyyətlər və qarşıda duran vəzifələr barədə ictimai məlumatlılq səviyyəsinin yüksəldilməsi məqsədilə Ombudsman tərəfindən irəli sürülən təşəbbüsü alqışladığını bildirib, tədbirin maraqlı və əhəmiyyətli olacağını vurğulayıb.

Filialın Tədris və elmi işlər üzrə direktor müavini Məmməd Yusifov çıxış edərək bu sahədə Qazax rayonunda və BDU-nun Qazax filialında görülən işləri diqqətə çatdırıb.

Filialın İctimai və təbiət fənləri kafedrasının baş müəllimi Mübariz Süleymanov insan hüquq və azadlıqları barədə məruzə ilə çıxış edib.

Sonra filialın tarix ixtisasının III kurs tələbələrindən Nargilə Qəhrəmanova, Nişanə Hüseynova və Heydər Kəbirov çıxış edərək mövzu ilə bağlı fikirlərini bildiriblər.

Filialın Mətbuat Xidməti.