BDU Qazax filialının müəllimləri ADA Universitetinin Qazax Mərkəzində keçirilən elmi-praktik seminarda iştirak edib
- Nəşr edilib 03.07.2025 12:29
- Çap

BDU Qazax filialının müəllimləri ADA Universitetinin Qazax Mərkəzində keçirilən elmi-praktik seminarda iştirak edib
"Keşikçidağda elmi- arxeoloji qazıntılar və yay məktəbi-5" layihəsinin yekun hesabatına dair ADA Universitetinin Qazax Mərkəzində elmi-praktik seminar keçirilib. Seminarda AMEA nın Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları, Bakı Dövlət Universiteti Qazax filialının bir qrup müəllimi, Ağstafa və Qazax rayon tarix diyarşünaslıq muzeylərinin əməkdaşları iştirak edib.
Seminarda ADA Universiteti Qazax mərkəzinin direktoru Yeganə Göyüşova, AMEA-nın tarix üzrə fəlsəfə doktorları - Şamil Nəcəfov, Yaqub Məmmədov, Vaqif Əsədov, BDU - Qazax filialının Tədris və elmi işlər üzrə direktor müavini dosent Məmməd Yusifov çıxış ediblər.
Seminarın sonunda Keşikçidağ mədəni irsinin təbliğinə dair keçirilmiş esse müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Filialın Mətbuat Xidməti
