BDU-nun Qazax filialında yaz semestrinin imtahan sessiyası uğurla başa çatıb
- Nəşr edilib 14.07.2025 17:36
- Çap

BDU-nun Qazax filialında yaz semestrinin imtahan sessiyası uğurla başa çatıb
Bakı Dövlət Universitetinin Qazax filialında yaz semestrinin imtahan sessiyası uğurla başa çatıb. İyunun 2-dən start verilən imtahanlar əsasən yazılı, qismən də şifahi olmaqla iki növbədə keçirilib. 5 həftə davam edən sessiyada imtahanlar 2 növbədə təşkil olunub, saat 1000-da və 1400-da başlamaqla 3 saat davam edib. Semestr ərzində cəmi 429 imtahan (əyani şöbə üzrə 356 imtahan, qiyabi şöbə üzrə 73 imtahan keçirilib.
17 ixtisas üzrə keçirilən imtahanlarda 1390 (1231 əyani, 159 qiyabi) tələbə iştirak edib. Sessiya ərzində filial üzrə 576 imtahan keçirilib. Yaz mtahan sessiyasının nəticələrinə görə müvəffəqiyyət göstəricisi 82,49%, keyfiyyət göstəricisi isə 30,18% olub. Onu da qeyd edək ki, ötən tədris ilinin analoji dövründə bu göstərici 78,83%, 27,62% olmuşdur.
Magistraturada 8 ixtisaslaşma üzrə təhsil alan 18 magistr də yüksək nəticələr əldə edib. Magistraturada müvəffəqiyyət və keyfiyyət göstəriciləri 100 faizə yaxın olub. Keçən tədris ilinin anoloji dövründə isə bu göstəricilər hər iki parametr üzrə 88,9% təşkil edib.
Yaz imtahan sessiyası ilə bağlı filialda əvvəlcədən lazımi hazırlıq işləri görülüb. Təsdiq olunub siyahı üzrə müəllim-koordinatorlar imtahanların şəffaf və obyektiv keçirilməsinə nəzarət edib. İmtahanların nəticələri imtahan keçirilən gün tələbələrə elan olunub.
Sessiya müddətində tələbələrin müraciətlərinin qəbulu və araşdırılması, onların biliyinin qiymətləndirilməsində obyektivliyin və şəffaflığın təmin olunması məqsədilə İmtahan Qərargahı və Apellyasiya Komissiyası fəaliyyət göstərib.
Filialın direktoru Arif Rüstəmov mütəmadi olaraq imtahan keçirilən auditoriyalarda olub, tələbələri maraqlandıran sualları cavablandırıb.
Göstəricilərdən göründüyü kimi, BDU-nun Qazax filialında yaz semestrinin imtahan sessiyası uğurla başa çatıb.
Filialın Mətbuat Xidməti