BDU Qazax filialında Direktoryanı Şuranın iclası keçirilib
- Nəşr edilib 30.09.2025 17:16
- Çap

BDU Qazax filialında Direktoryanı Şuranın iclası keçirilib
30 sentyabr 2025-ci il tarixində Bakı Dövlət Universitetinin Qazax filialında Direktoryanı Şuranın iclası keçirilib. Filialın direktoru Arif Rüstəmov çıxış edərək iclasın gündəliyi barədə iştirakçılara məlumat verib. İclasda kredit borcu olan tələbələr üçün tədrisin təşkili vəziyyəti, Təkrar Yekun Dövlət Attestasiyası(YDA) imtahanlarının təşkili haqqında və digər məsələlər müzakirə olunub.
Qeyd olunan məsələlər barəsində filialın direktoru Arif Rüstəmov, filialın Tədris şöbəsinin müdiri Hürü Şamilova, Pedaqoji fakültənin dekanı Hamlet İlyasov çıxış ediblər. Müzakirə olunan məsələlər səsə qoyularaq qənaətbəxş hesab olunub.
İclasın sonunda filialın direktoru Arif Rüstəmov müzakirə olunan məsələ ilə əlaqədar kafedra müdirlərinə, aidiyyatı struktur rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini verib.
İclasda bir sıra cari məsələlərə də münasibət bildirilib.
Filialın Mətbuat Xidməti.


