BDU-nun Qazax filialının İctimai və təbiət fənləri kafedrasında elmi seminar keçirilib
- Nəşr edilib 29.10.2025 06:05
- Çap

BDU-nun Qazax filialının İctimai və təbiət fənləri kafedrasında elmi seminar keçirilib
Bakı Dövlət Universitetinin Qazax filialının İctimai və təbiət fənləri kafedrasında elmi seminar olub. Kafedranın müdiri dosent Arif Veyisov giriş sözü ilə çıxış edərək seminarın mövzusu barədə məlumat verib.
Elmi seminarda kafedranın baş müəllimi Ülviyyə Bayramova “İşğaldan azad olunmuş torpaqlarda tarixi abidələrin bərpası” mövzusunda çıxış edib. O, 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunan torpaqlarımızdakı tarixi abidələrin dövlət səviyyəsində bərpa olunmasından ətraflı söz açıb.
Sonra diskussiya şəklində müzakirələr aparılıb. Kafedranın baş müəllimi Mübariz Süleymanov, müəllimlərdən Veyis Adıgözəlov, Təranə Rəhimova, Zahid Gülümcanlı, çıxış edərək seminar barədə öz fikirlərini bildiriblər.
Filialın Mətbuat Xidməti