BDU-nun Qazax filialında maarifləndirici tədbir keçirilib
- Nəşr edilib 19.11.2025 13:07
- Çap

BDU-nun Qazax filialında maarifləndirici tədbir keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialı Bakı Dövlət Universitetinin Qazax filialında maarifləndirici tədbir keçirib. Filialın Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qasım Əliyev tədbiri açıq elan edərək onun məqsəd və əhəmiyyətindən danışıb.
Məşğulluq filialının baş mütəxəssis-karyera məsləhətçisi Müşviq Pirverdiyev çıxış edərək tələbələrə karyera qazanmaq yollarından söz açıb.
Məşğulluq filialının mütəxəssis-karyera məsləhətçisi Bəkir Bəkirli “Tələbə İnkişaf Platforması (TİP)” layihəsi çərçivəsində “CV, rezüme və istək məktubu” hazırlanması barədə məlumat verib. Bu sənədlərin məqsədi, struktur fərqləri və işə qəbul prosesində oynadığı rol tələbələrə izah olunub.
Tədbirdə səslənən fikirlər slayd vasiitəsi ilə nümayiş olunub, mövzu ilə bağlı verilən suallar cavablandırılıb.
Filialın Mətbuat Xidməti


