“Uşaq Hüquqları Aylığı” çərçivəsində növbəti təlim keçirilib
- Nəşr edilib 20.11.2025 10:26
- Çap

“Uşaq Hüquqları Aylığı” çərçivəsində növbəti təlim keçirilib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən elan olunmuş 2025-ci il 20 oktyabr-20 noyabr tarixlərini əhatə edən “Uşaq Hüquqları Aylığı” çərçivəsində Bakı Dövlət Universitetinin Qazax filialında “Uşaq hüquqları konvensiyası” mövzusunda növbəti təlim keçirilib.
Filialın İctimai və təbiət elmləri kafedrasında keçirilən təlimdə kafedranın müdiri Arif Veyisov giriş sözü ilə çıxış edərək təqdim olunan mövzunun məqsəd və əhəmiyyətindən söz açıb.
Təlimdə kafedranın müəllimi, baş müəllim İndira Vəliyeva məruzə ilə çıxış edərək uşaq hüquqları konvensiyası barədə iştirakçılara ətraflı məlumat verib.
Sonra kafedranın baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Mübariz Süleymanov, kafedranın baş müəllimi Ülviyyə Bayramova çıxış edərək mövzu ilə bağlı öz fikirlərini bildiriblər.
Təlimin gedişində iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Filialın Mətbuat Xidməti.
