Ulu Öndər Heydər Əliyevin Anım Günü ilə əlaqədar BDU-nun Qazax filialında tədbir keçirilib
- Nəşr edilib 12.12.2025 12:47
- Çap

Ulu Öndər Heydər Əliyevin Anım Günü ilə əlaqədar BDU-nun Qazax filialında tədbir keçirilib
Ümummilli Lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Bakı Dövlət Universitetinin Qazax filialında tədbir keçirilib. Filialın Heydər Əliyev auditoriyasında keçirilən tədbirdə professor-müəllim heyəti, tələbələr iştirak edib.
Filialın direktoru Arif Rüstəmov giriş sözü ilə çıxış edərək Azərbaycan dövlətinin qurucusu, xalqımızın xilaskarı, həyatını dövlətin işıqlı gələcəyinə həsr edən Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbirin əhəmiyyətindən söz açıb. Qeyd edib ki, bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət etmiş Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi həmişə uca tutulur və dərin hörmətlə anılır. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir.
Filialın Tədris və elmi işlər üzrə direktor müavini Məmməd Yusifov, filialın Tədris şöbəsinin müdiri Hürü Şamilova, filialın mətbuat üzrə mütəxəssisi Elçin Məmmədov çıxış edərək Azərbaycan dövlətçiliyinin, milli müstəqilliyinin daimi və dönməz xarekter almasının, beynəlxalq aləmdə nüfuzunun artması və dünya birliyində sivil ölkə kimi tanınmasının Heydər Əliyevin adı ilə bağlı olduğunu bildiriblər.
Filialın Mətbuat Xidməti.



