BDU-nun Qazax filialında elmi seminar keçirilib

BDU-nun Qazax filialında elmi seminar keçirilib

Bakı Dövlət Universitetinin Qazax filialının Riyaziyyat və informatika kafedrasında müəllimlərin  pedaqoji və elmi səviyyəsinin yüksəldilməsi məqsədilə təşkil olunan və müntəzəm olaraq davam etdirilən növbəti elmi seminar keçirilib.

Fizika-riyaziyyat elmləri namizədi, dosent Rafik Vəliyev “İfrat keçirici materialların alınması və fiziki xassələri, nanotexnologiyanın əsasları” mövzusunda çıxış edib.

Məruzədən sonra kafedranın müdiri professor Hüseyn Xəlilov, pedaqogika üzrə fəlsəfə doktoru Məmməd Abdulkərimov, kafedranın baş müəllimi Aygün Əliyeva çıxış edərək seminarla bağlı fikirlərini bildiriblər.  

Filialın Mətbuat Xidməti