BDU-nun Qazax filialında qış imtahan sessiyası başlayıb

BDU-nun Qazax filialında qış imtahan sessiyası başlayıb

29 dekabr 2025-ci il tarixdən Bakı Dövlət Universitetinin Qazax filialında 2025-2026-cı tədris ilinin payız semestrinin qış imtahan sessiyası başlayıb.

İmtahanlar əsasən yazılı, qismən də şifahi olmaqla iki növbədə keçirilir. Sessiya ərzində filial üzrə 96 qrupda(76 əyani, 20 qiyabi) 529 imtahan(437 əyani, 92 qiyabi) keçiriləcəkdir.

Qış imtahan sessiyası ilə bağlı filialda əvvəlcədən lazımi hazırlıq işləri görülüb. Təsdiq olunub siyahı üzrə müəllim-koordinatorlar imtahanların şəffaf və obyektiv keçirilməsinə nəzarət edir. İmtahanların nəticələri imtahan keçirilən gün tələbələrə elan olunur.

Sessiya müddətində tələbələrin müraciətlərinin qəbulu və araşdırılması, onların biliyinin qiymətləndirilməsində obyektivliyin və şəffaflığın təmin olunması məqsədilə filialda İmtahan Qərargahı və Apellyasiya Komissiyası fəaliyyət göstərir.

Filialın direktoru Arif Rüstəmov imtahan keçirilən auditoriyalarda olub, tələbələri maraqlandıran sualları cavablandırıb.

Qış imtahan sessiyası 5 həftə olmaqla yanvar ayının 30-da başa çatacaqdır.

Filialın Mətbuat Xidməti.

.