BDU-nun Qazax filialında TEC-in Elmi konfransı keçirilib

BDU-nun Qazax filialında TEC-in Elmi konfransı keçirilib

Bakı Dövlət Universitetinin Qazax filialının Tələbə Elmi Cəmiyyətinin(TEC-in) Elmi Konfransı keçirilib. “Şəhərsalma və Memarlıq ili” nə həsr olunan konfransda filialın professor-müəllim heyəti, elmi işlərə cəlb olunmuş tələbələr iştirak edib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Ulu Öndər Heydər Əliyev və Vətən müharibəsi şəhidlərin ruhu  bir dəqiqəlik sükutla yad edilib.

BDU Qazax filialının direktoru dosent Arif Rüstəmov giriş sözü ilə çıxış edərək son illlər filialda tələbələrin elmi tədqiqatçılığa cəlb edilməsi sahəsində sistemli iş aparıldığını bildirib. Gənclərin elmi potensialının üzə çıxarılması və onların tədqiqat bacarıqlarının inkişaf etdirilməsi sahəsində filialda görülən işlərdən bəhs edən A.Rüstəmov tələbələri yaradılan imkanlardan daha çox faydalanmağa çağırıb və konfransın işinə uğurlar arzulayıb.

Tədris və elmi işlər üzrə direktor müavini, dosent Məmməd Yusifov məruzə ilə çıxış edərək tədris ili ərəfəsində filialın Riyaziyyat və informatika kafedrası üzrə 42, İctimai və təbiət fənləri kafedrası üzrə 46, Pedaqoji fənlər kafedrası üzrə 16,  Dil və onların tədrisi metodikası kafedrası üzrə 46 tələbənin, ümimilikdə isə filial üzrə 150 tələbənin elmi-tədqiqat işlərinə cəlb olunduğunu qeyd edib.

Tədris şöbəsinin müdiri dosent Hürü Şamilova, İctimai və təbiərt fənləri kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Mübariz Süleymanov, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının II kurs tələbəsi, TEC sədri Gülər Məmmədli çıxış edərək tələbələrin elmi fəaliyyətlərindən söz açıblar.

Çıxışlar başa çatdıqdan sonra konfrans bölmələr üzrə öz işini davam etdirib.

Filialın Mətbuat Xidməti