BDU Qazax filialında Direktoryanı Şuranın iclası keçirilib

BDU Qazax filialında Direktoryanı Şuranın iclası keçirilib

Bakı Dövlət Universitetinin Qazax filialında Direktoryanı Şuranın növbəti iclası keçirilib. Filialın direktoru Arif Rüstəmov giriş sözü ilə çıxış edərək iclasın gündəliyində duran məsələlər barəsində iştirakçılara məlumat verib.

İclasda “Yaz semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti haqqında”, “Yekun dövlət attestasiyası(YDA) imtahanlarının keçirilməsinə, buraxılış işlərinin yerinə yetirilməsi və müdafiəsinə hazırlığın vəziyyəti haqqında”, “Tələbə Elmi Cəmiyyətinin(TEC-in) III Elmi konfransının nəticələri haqqında” və digər cari məsələlər müzakirə olunub.

Qeyd olunan məsələlər barəsində filialın Tədris və elmi işlər üzrə direktor müavini Məmməd Yusifov, Pedaqoji fakültənin dekanı Hamlet İlyasov, TEC-in sədri Gülər Məmmədli çıxış ediblər. Riyaziyyat və informatika kafedrasının müdiri Hüseyn Xəlilov, Tədris şöbəsinin müdiri Hürü Şamilova, Tələbə həmkarlar təşkilatının sədri Qılınc Cəfərov müzakirələrdə iştirak ediblər.

Müzakirə olunan məsələlər səsə qoyularaq qənaətbəxş hesab olunub.

İclasın sonunda filialın direktoru Arif Rüstəmov müzakirə olunan məsələlərlə əlaqədar kafedra müdirlərinə, aidiyyatı struktur rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələr verib.

İclasda bir sıra cari məsələlərə də münasibət bildirilib.

Filialın Mətbuat Xidməti.