BDU Qazax filialının tələbələri üçün sosioloji sorğu keçirilir
- Nəşr edilib 29.09.2026 15:39
- Çap

BDU Qazax filialının tələbələri üçün sosioloji sorğu keçirilir
29.09.2026 - 05.10.2026-cı il tarixlərində Bakı Dövlət Universitetinin “Karyera və məzunlarla iş Mərkəzi” tərəfindən BDU-nun Qazax filialında tələbələrin karyera və şəxsi inkişaf ehtiyaclarının öyrənilməsi üçün sosioloji sorğu keçirilir.
Sorğunun keçirilməsində əsas məqsəd tələbələrin təlim və karyera inkişafı istiqamətindəki ehtiyaclarına uyğun təlimlər, layihələr, inkişaf proqramları və digər tədbirlərin hazırlanmasından ibarətdir.
Bütün tələbələri aktiv şəkildə sorğuda iştirak etməyə çağırırıq.
DİREKTORLUQ.