BDU-nun Qazax filialında Şəfəq Mehrəliyeva ilə görüş keçirilib

BDU-nun Qazax filialında Şəfəq Mehrəliyeva ilə görüş keçirilib

Bakı Dövlət Universitetinin Qazax filialında ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media ixtisasının təsisçi direktoru və müəllimi, Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü, Ədibin Evi Ədəbiyyata Dəstək Fondunun rəhbəri Şəfəq Mehrəliyeva ilə görüş keçirilib.  Görüşdə filialın professor - müəllim heyəti, tələbələr iştirak edib.

Filialın direktoru Arif Rüstəmov  giriş sözü ilə çıxış edərək keçirilən görüşün məqsəd və əhəmiyyətindən danışıb.

Sonra Şəfəq Mehrəliyeva məruzə ilə çıxış edərək medianın inkişafına dövlət tərəfindən göstərilən diqqətdən, yeni nəsil media mütəxəssislərinin yetidirilməsi istiqamətində görülən işlərdən söz açıb.

Görüşün sonunda Şəfəq Mehrəliyeva tələbələrin çoxsaylı suallarını cavablandırıb.

Filialın Mətbuat Xidməti.