BDU-nun Qazax filialında elmi seminar keçirilib

BDU-nun Qazax filialında elmi seminar keçirilib

Bakı Dövlət Universitetinin Qazax filialının Riyaziyyat və informatika kafedrasında müəllimlərin  pedaqoji və elmi səviyyəsinin yüksəldilməsi məqsədilə təşkil olunan və müntəzəm olaraq davam etdirilən növbəti elmi seminar keçirilib.

Kafedranın müdiri professor Hüseyn Xəlilov seminarın mövzusunu elan etdikdən sonra kafedranın baş müəllimi Mustafa Vəfa “Süni intellekt: mənşəyi, inkişafı, məqsədi və vəzifələri”  mövzusunda çıxış edib.

Seminarda filialın Tədris və elmi işlər üzrə direktor müavini, dosent Məmməd Yusifov, dosent Alı Sofiyev, kafedranın baş müəllimlərindən Aygün Əliyeva, Sevinc Əmiraslanova, kafedranın müəllimi Günel Balayeva tərəfindən verilən suallar cavablandırılıb.

Filialın Mətbuat Xidməti