Pedaqoji fənlər kafedrasında elmi seminar keçirilib

Pedaqoji fənlər kafedrasında elmi seminar keçirilib

Bakı Dövlət Universitetinin Qazax filialının Pedaqoji fənlər kafedrasında növbəti elmi seminar keçirilib. Kafedranın müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Hamlet İlyasov müzakirə olunacaq mövzunu elan edib.

Seminarda kafedranın müəllimi Təhməz Novruzov “Dünya koordinat sistemi WGS-84” mövzusunda çıxış edib. Məruzə slayt vasitəsilə təqdim olunub.

Seminarda filialın Tədris və elmi işlər üzrə direktor müavini, dosent Məmməd Yusifov, kafedranın müəllimlərindən Gülnar Abdullayeva, Vəfa İlyasova, Ələviyyə Ömərova  çıxış edərək mövzu ilə bağlı öz fikirlərini bildiriblər.

Filialın Mətbuat Xidməti.