BDU-nun Qazax Filialının müəllim və tələbələri ADA Universitetinin Qazax Mərkəzində keçirilən tədbirdə iştirak edib

 

BDU-nun Qazax Filialının müəllim və tələbələri ADA Universitetinin

Qazax Mərkəzində keçirilən tədbirdə iştirak edib

Qazax Müəllimlər Seminariyası ADA Universitetinin Qazax Mərkəzində “Ədəbi aləm” adlı tədbir keçirilib. Azərbaycan ədəbiyyatı nümunələrinin mütaliəsinin təbliği məqsədilə təşkil olunmuş tədbirdə Bakı Dövlət Universitetinin Qazax Filialının müəllim və tələbələri iştirak və çıxış edib.

Filialın dil, ədəbiyyat və onların tədrisi metokası kafedrasının müəllimi, filologiya üzrə elmlər doktoru Valeh Nəsibov, həmin kafedranın baş müəllimi, şair Mustafa Rasimoğlu panel müzakirələrində çıxış ediblər.

Filialın tələbələrindən Sədaqət Camalova S.Vurğunun “Komsomol” poemasından, Tərlan Aslanlı isə “Aslan qayası” poemasından nümunələr ifa ediblər.

Elçin İSMAYIL,

Filialın Mətbuat Xidmətinin rəhbəri.