BDU-nun Qazax filialında elmi seminar keçirilib
- Nəşr edilib 23.11.2026 11:20

BDU-nun Qazax filialında elmi seminar keçirilib
Bakı Dövlət Universitetinin Qazax filialının Dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının növbəti elmi seminarı keçirilib. Kafedranın müdiri filologiya üzrə fəlsəfə doktoru İradə Arıxova giriş sözü ilə çıxış edərək mövzunu elan edib.
Kafedranın müəllimi Türkan Carçıyeva “Krım tatar ədəbiyyatı sürgün dövründə” mövzusunda çıxış edib.
Sonra kafedranın əməkdaşları çıxış edərək mövzu ilə bağlı fikirlərini bildiriblər.
Filialın Tədris və elmi işlər üzrə direktor müavini dosent Məmməd Yusifov seminarda iştirak və çıxış edib.
Filialın Mətbuat Xidməti






























































































































