Print this page
Şənbə, 13 Aprel 2019 08:47

Azərbaycan könüllülük siyasətini dəstəkləyən və həyata keçirən nümunəvi ölkələrdən biridir Featured

Written by
Rate this item
(0 votes)
Azərbaycan könüllülük siyasətini həyata keçirən və dəstəkləyən nümunəvi ölkələrdən biridir. Bu sözləri jurnalistlərə Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov “Turizm Könüllüləri” Təşkilatı İctimai Birliyinin təsis konfransında deyib.“Biz Dövlət Turizm Agentliyi olaraq ictimai təşəbbüsləri nəinki dəstəkləyir, eyni zamanda, könüllülük işi ilə bağlı layihələrdə iştirak edirik. Bununla bağlı ölkəmizdə qərar qəbul olunub, “Turizm Könüllüləri” Təşkilatı İctimai Birliyi yaradılıb. Bu konfransdan sonra adı çəkilən təşkilat rəsmi olaraq fəaliyyətə başlayacaq. Təşkilatın məqsədi Azərbaycanda bu sahəyə marağı olan, özlərini turizmdə sınamaq istəyən gəncləri gedən proseslərə cəlb etməkdir. Burada əsas mahiyyət ondan ibarətdir ki, könüllülər ölkədə turizmlə bağlı keçirilən tədbirlərdə iştirak etsinlər, fəallıq göstərsinlər, həm ölkənin qarşıya qoyduğu siyasətin həyata keçirilməsində, həm də öz karyeralarının formalaşdırılmasında rol oynasınlar”. Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətovun rəhbərliyi ilə universitetin bir qrup tələbəsi də dekabrın 5-də keçirilən “Turizm Könüllüləri” Təşkilatı İctimai Birliyinin təsis konfransının iştirakçısı olub. Rektor İ.Mədətov “Turizm Könüllüləri”Təşkilatı İctimai Birliyinin fəaliyyətinə uğurlar arzulayıb. ATMU tələbələrinin ixtisaslı kadr kimi yetişməsində İctimai Birliyin fəaliyyətindən səmərəli faydalanacağına əmin olduğunu xüsusi vurğulayıb.
Read 743 times Last modified on Şənbə, 10 İyun 2023 18:15
Nazim Rustamov

Latest from Nazim Rustamov