< < İcra başçısı BDU-nun Qazax filialında yaz imtahan sessiyasında iştirak edən tələbələrlə görüşüb
BDU-nun Qazax filialında Bilik günü və yeni dərs ilinin başlanması münasibətilə tədbir keçirilib
BDU-nun Qazax filialı ilə Ərzincan Binəli Yıldırım Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Bakı Dövlət Universitetinin Qazax filialında “İnklüziv təhsildən inklüziv cəmiyyətə” (İTİC 2024) 2-ci Beynəlxalq Elmi-Praktiki konfransının regional bölməsinin iclası olub.
Qazaxda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Beynəlxalq Elmi Konfrans keçirilib

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
Prev Next
BDU-nun Qazax filialında Bilik günü və yeni dərs ilinin başlanması münasibətilə tədbir keçirilib
BDU-nun Qazax filialı ilə Ərzincan Binəli Yıldırım Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Bakı Dövlət Universitetinin Qazax filialında “İnklüziv təhsildən inklüziv cəmiyyətə” (İTİC 2024) 2-ci Beynəlxalq Elmi-Praktiki konfransının regional bölməsinin iclası olub.
Qazaxda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Beynəlxalq Elmi Konfrans keçirilib
Cümə, 29 Mart 2019 06:03

İcra başçısı BDU-nun Qazax filialında yaz imtahan sessiyasında iştirak edən tələbələrlə görüşüb Featured

Rate this item
(0 votes)
İcra başçısı BDU-nun Qazax filialında yaz imtahan sessiyasında iştirak edən tələbələrlə görüşüb
Bu gün tam əminliklə deyə bilərik ki, son illər Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizdə elm və təhsilin inkişafına göstərdikləri qayğı, bu istiqamətdə imzalanan çoxsaylı fərman və sərəncamlar Azərbaycan təhsilinin dünya standartlarına uyğun qurulmasına böyük zəmin yaradıb. Bunu respublikamızın bütün bölgələrində yeni məktəb binalarının tikintisindən, əsaslı və ya cari təmir olunmasından, məktəblərin, ali təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirilməsindən, müəllimlərin əməkhaqlarının, tələbələrin təqaüdlərinin ildən-ilə artırılmasından aydın şəkildə görmək olar.
Son dövrlər Qazaxda müəllim və şagirdlərə, ali təhsil ocaqlarında təhsil alan tələbələrə olan səmimi münasibət, göstərilən qayğı bu sahənin daim diqqət mərkəzində olmasından xəbər verir.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbər təyin olunduğu ilk gündən daim qayğı ilə yanaşdığı təhsil ocaqlarından biri də Bakı Dövlət Universitetinin Qazax filialıdır. Rayon rəhbərinin mütəmadi olaraq filialın müəllim-tələbə kollektivi ilə görüşməsi, təşkil olunan tədbirlərdə yaxından iştirak etməsi, istər müəllimlərə, istərsə də tələbələrə səmimi münasibət bəsləməsi bu söylədiklərimizin əyani sübutudur.
İcra başçısı bu gün də Bakı Dövlət Universitetinin Qazax filialında olub, yaz imtahan sessiyasında iştirak edən tələbələrlə görüşüb, imtahanın gedişatı ilə maraqlanıb.
Filialın direktoru, dosent Arif Rüstəmov keçirilən imtahan barədə ətraflı məlumat verərək bildirib ki, 2022/2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyası başlayıb. İyun ayının 5-dən start verilən imtahanlar 17 ixtisas üzrə iki növbədə keçirilir. Yaz imtahan sessiyasında 1735 tələbə iştirak edir. Sessiya ərzində tələbələr ümumilikdə 373 imtahan verəcəkdir. Gün ərzində imtahanlarda orta hesabla 400-450 nəfər tələbə iştirak edir. A.Rüstəmov yaz imtahan sessiyası ilə bağlı filialda əvvəlcədən lazımi hazırlıq işlərinin görüldüyünü, nəzarətçi müəllim-koordinatorların siyahısının təsdiq olunduğunu, imtahanların şəffaf və obyektiv keçirilməsi üçün lazımi şərait yaradıldığını, imtahanların nəticələrinin imtahan keçirilən gün tələbələrə elan olunduğunu söyləyib. Həmçinin, imtahan sessiyasında tələbələrin müraciətlərinin qəbulu və araşdırılması, tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunması məqsədilə Operativ Qərargah və Apellyasiya Komissiyasının formalaşdırıldığını, eyni zamanda, filialda “Qaynar xətt”in də fəaliyyət göstərdiyini qeyd edib. Filialın direktoru imtahanların gedişinə nəzarət etmək üçün mütəmadi olaraq imtahan keçirilən auditoriyalarda olduğunu, tələbələri maraqlandıran sualları cavablandırdığını vurğulayıb. Filialda eyni zamanda, 7 ixtisas üzrə 11 nəfər magistrin də imtahan verdiyini, sessiya ərzində magistrların 40 imtahan verəcəyini diqqətə çatdırıb. BDU-nun Qazax filialında yaz imtahan sessiyasının şəffaf və obyektiv keçdiyini, sessiyanın iyul ayının 5-dək davam edəcəyini bildirib.
İcra başçısı imtahanların keçirildiyi auditoriyalarda olub, tələbələrlə görüşüb, onlarla səmimi söhbət edib. Rayon rəhbəri respublikamızda bütün sahələrlə yanaşı, gənclərə göstərilən diqqət və qayğının onların gələcəkdə bir vətəndaş kimi yetişməsində mühüm rol oynadığını qeyd edib. Ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən Azərbaycanda gənclər siyasətinin həyata keçirilməsi ilə əlaqədar verilən fərman və sərəncamların gənclərin gələcəkdə öz karyeralarını qurmalarında böyük əhəmiyyət kəsb etdiyini bildirib. Filialın fəaliyyətindən söz açan rayon rəhbəri bugünkü imtahanların şəffaf şəkildə keçirildiyini bildirib. Rayon rəhbəri imtahanların şərtləri, tələbələri maraqlandıran sualları və onlara yaradılan şəraiti elə tələbələrin öz dillərindən eşidib.
Bugünkü imtahanlarda iştirak edən tələbələr söylədikləri fikirlərlə, verdikləri dolğun və əhatəli cavablarla filialda imtahanların şəffaf və obyektiv şəkildə keçirilməsini bir daha sübut ediblər. Tələbələr imtahanları rahat şəraitdə vermələri üçün onlara hər cür şərait yaradıldığını qeyd ediblər. Bu gün təhsil sahəsinə olan diqqət və qayğının bariz nümunəsini BDU-nun Qazax filialında gördüklərini bildiriblər. Buna görə filialın rəhbərliyinə, professor-müəllim heyətinə minnətdarlıqlarını ifadə ediblər. Bu gün onlarla olan səmimi görüşə görə rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar.
Rayon rəhbəri tələbələrlə səmimi söhbət edərək onlara müstəqil Azərbaycanın savadlı, intellektli gəncləri kimi gələcəkdə çalışdıqları sahələrdə öz töhfələrini vermələrini tövsiyə edib və imtahanlarda uğurlar arzulayıb. Azərbaycan dövlətinin öz gələcəyini savadlı gənclər üzərində qurduğunu söyləyib və gənclərin daha böyük nailiyyətlər qazanacaqlarına əminliyini vurğulayıb.
Filialın direktoru Arif Rüstəmov rayon rəhbərliyinin filiala olan qayğısından söz açaraq bugünkü növbəti səfərinə görə minnətdarlığını bildirib. İstər müəllimlərə, istərsə də tələbələrə olan dəstəyi, göstərilən qayğını, səmimi münasibəti hər zaman razılıqla qarşıladıqlarını diqqətə çatdırıb. A.Rüstəmov respublikamızda, eləcə də bölgələrimizdə həyata keçirilən məqsədyönlü tədbirlərə görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya ziyalılar adından minnətdarlığını bildirib. Qazaxda təhsil sahəsinə, müəllimlərə, ziyalılara olan diqqət və qayğıya, səmimi münasibətə görə rayon rəhbərliyinə bir daha təşəkkürünü çatdırıb.

 

Read 639 times Last modified on Çərşənbə, 14 İyun 2023 06:21
  • Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illik yubileyi
  • Ərzincan Binəli Yıldırım Universiteti
  • Sazlı-sözlü kəlağayı günləri
  • BDU Qazax filiali
  • BDU Qazax filialının fəaliyyət
  • BDU Qazax filialı
  • BDU-nun Qazax filialında əmək yarmarkası keçirilib
  • Keşikçidağda yay məktəbi
  • BDU-nun Qazax filialında anım günü ilə bağlı tədbir keçirilib
  • Yusif Səmədoğlunun 90 illiyi münasibətilə silsilə tədbirlərə start verilib

Developed by jtemplate

  • Bakı Dövlət Universitetinin Qazax filiali

Bakı Dövlət Universitetinin Qazax filialının yaranması və fəaliyyət göstərməsi 4 mərhələdən keçmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 1991-ci il tarixli 69 saylı Qərarı ilə bu ali təhsil müəssisəsi yaradılmış və H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun Qazax filialı kimi fəaliyyət göstərmişdir.
Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanı ilə həmin filialın əsasında Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialı yaradılmışdır.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 26 noyabr 2015-ci il tarixli 1582 saylı Sərəncamına əsasən Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialı Azərbaycan Dövlət Pedaqoji Universitetinin filialı hesab edilmişdir.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 29 aprel 2016-cı il 2014 saylı Sərəncamına əsasən 01 iyul 2016-cı il tarixindən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax filialı Bakı Dövlət Universitetinin Qazax filialı hesab edilmişdir.  

Developed by jtemplate

UNİVERSİTETİN ONLİNE XİDMƏTLƏRİ

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.