BDU Qazax filialının tələbələri Anım Günü ərəfəsində Ulu Öndərin abidəsini ziyarət ediblər
- Nəşr edilib 11.12.2025 18:11

BDU Qazax filialının tələbələri Anım Günü ərəfəsində Ulu Öndərin abidəsini ziyarət ediblər
12 dekabr müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Ümummilli Lider Heydər Əliyevin anım günüdür. Bununla əlaqədar Bakı Dövlət Universitetinin Qazax filialının tələbələri Ulu Öndərin adını daşıyan parkda olub, abidəsi önünə gül-çiçək dəstələri düzərək əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.
Anım Günü ərəfəsində mütəmadi olaraq dahi şəxsiyyətin adını daşıyan muzeydə olan tələbələr Ümummilli Liderin həyatının və siyasi fəaliyyətinin müxtəlif dövrlərindən bəhs edən mühazirələr dinləyib, kitab sərgisi ilə tanış olub, filmlərə baxıblar.
Filialın Mətbuat Xidməti












































































































































