XƏBƏRLƏR

Tələbələr arasında “Hansı tədbirlərin keçirilməsini zəruri hesab edirsiniz?” mövzusunda sorğu keçirilib

 

Tələbələr arasında “Hansı tədbirlərin keçirilməsini zəruri hesab edirsiniz?” mövzusunda sorğu keçirilib

Bakı Dövlət Universitetinin Qazax filialında Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Hansı tədbirlərin keçirilməsini zəruri hesab edirsiniz?” mövzusunda sorğu keçirilib. Gənclərin ictimai fəaliyyətə cəlb olunması, onların ideya və təşəbbüslərinin öyrənilməsi, eləcə də regionda gənclər üçün həyata keçiriləcək tədbirlərin planlaşdırılmasında onların birbaşa iştirakını təmin etmək məqsədilə təşkil olunan sorğuda filialın tələbələri iştirak edib.

Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Gənclərlə iş sektorunun müdiri Aliq Bağırov, filialın Tələbələrlə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qasım Əliyev tələbələrlə keçirilən görüşdə sorğu aparıblar. Görüş zamanı onun məqsədi, əhəmiyyəti və gözlənilən nəticələri barədə tələbələrə ətraflı məlumat verilib, gənclərin təklifləri dinlənilib və onlarla geniş fikir mubadiləsi aparılıb.

Filialın Mətbuat Xidməti

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.