Tələbə Elmi Cəmiyyəti
- Nəşr edilib 31.05.2018 11:12
Tələbə Elmi Cəmiyyəti
Filialın Tələbə Elmi Cəmiyyəti(TEC) tələbələrin elmi-tədqiqat və elmi-praktiki işinin təşkili, həmçinin koordinasiyası üçün yaradılmış və öz fəaliyyətini alim və müəllimlərin iştirakı ilə həyata keçirən tələbə birliyidir. TEC öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Təhsil Qanununu və digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin 22 may 2009- cu il tarixli 295 nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Təhsil Nazirinin 27.06.2014-cü il 752 nömrəli əmri ilə təsdiq edilmiş “Ali müəssisələrində təhsil alanların elmi-tədqiqat işinin təşkili haqqında” Əsasnaməsini və Təhsil Nazirliyinin müvafiq normativ-hüquqi aktlarını, eləcə də direktorun əmr və sərəncamlarını rəhbər tutur.

