E L A N
- Nəşr edilib 13.05.2024 10:20
E L A N
13 may 2024-cü il tarixindən BDU-nun Qazax filialında 2024/2025-ci tədris ili üçün tədris planlarında nəzərdə tutulan seçmə fənlərin və onları tədris edəcək müəllimlərin seçimi həftəsi start götürüb. Bu həftə ərzində müvafiq kafedraların professor-müəllim heyəti tərəfindən bakalavriat təhsil səviyyəsi üzrə 16 ixtisas, magistratura təhsil səviyyəsi üzrə 8 ixtisaslaşma üzrə tələbə və magistrantlarla təbliğat xarakterli görüşlər təşkil ediləcəkdir. 2024/2025-ci tədris ili üçün dərs yüklərində seçmə fənlərin bölgüsü tələbə və magistrantların bu seçimi əsasında həyata keçiriləcəkdir.
DİREKTORLUQ.
































