T Ə B R İ K !
- Nəşr edilib 25.08.2026 14:00

T Ə B R İ K !
Əziz gənclər, sizi gərgin zəhmətinizin bəhrəsini görərək tələbə adını qazanmağınız münasibətilə səmimi qəlbdən təbrik edirəm! Bu mühüm və qürurverici nailiyyət həyatınızda yeni və işıqlı bir səhifənin başlanğıcıdır.
Qərb bölgəsinin ən mötəbər ali təhsil ocağı olan Bakı Dövlət Universitetinin Qazax filialını seçdiyiniz üçün təşəkürümü bildirirəm. Məmmuniyyətlə sizi böyük bir ailənin üzvü kimi qarşılamağa hazırıq.
BDU-nun Qazax filialı hər bir gəncin fərdi və peşəkar inkişafı üçün hərtərəfli imkanlar təqdim edir. Burada sizi müasir standartlara cavab verən keyfiyyətli təhsil mühiti və zəngin təcrübələrini sizinlə bölüşməyə hər zaman hazır olan peşəkar müəllim heyəti gözləyir.
Hər birinizə ürəkdən uğurlar arzulayıram!
Tələbə adınız mübarək olsun!
Dərin hötmətlə, direktor Arif Rüstəmov







































































































































