STEAM klubunda növbəti tədbir keçirilib
- Nəşr edilib 24.04.2026 07:57

STEAM klubunda növbəti tədbir keçirilib
Bakı Dövlət Universitetinin Qazax filialında STEAM klubunun növbəti tədbiri keçirilib. Tədbirdə kimya-biologiya müəllimliyi ixtisasının 1-22 qrupunun tələbələri iştirak ediblər.
Qrupun tələbələrindən Şəlalə Axundova, Nurcan Çobanzadə, Mehri Əlləzova "Ev modeli üzərində günəş enerjisindən elektrik enerjisinin alınması" layihəsini təqdim ediblər. Layihə rəqəmsal modelləşdirmə, mühəndislik yanaşması və yaradıcı düşüncənin inteqrasiyasını əyani şəkildə nümayiş etdirib və bu barədə tələbələrə geniş məlumat verilib.
Tədbirdə həmçinin tələbələrdən Nəzrin Bayramlı, Ayişə Əliyeva, Xəyal Şıxalıyev tərəfindən "Mayak modeli üzərində külək enerjisindən elektrik enerjisinin alınması" layihəsi təqdim edilib, “Tinker CAD” proqramında 3D modellərin dizayn edilməsi də gostərilib.
Layihələr filialın Riyaziyyat və informatika kafedrasının baş müəllimi Aygün Əliyevanın rəhbərliyi altında təqdim edilib.
Tədbirdə Riyaziyyat və informatika kafedrasının müdiri professor Huseyn Xəlilov, müəllim Tamara Dərziyeva da iştirak ediblər.
Filialın Mətbuat Xidməti.










































































































































