BDU-nun Qazax filialının İctimai və təbiət fənləri kafedrasında elmi seminar keçirilib
- Nəşr edilib 04.04.2025 12:09

BDU-nun Qazax filialının İctimai və təbiət fənləri kafedrasında elmi seminar keçirilib
Bakı Dövlət Universitetinin Qazax filialının İctimai və təbiət fənləri kafedrasında elmi seminar keçirilib. Kafedranın müdiri dosent Arif Veyisov giriş sözü ilə çıxış edərək seminarın mövzusunu elan edib. Sonra kafedranın müəllimi Həmidə Hüseynovanın “Hidrogen energetikası və onun reallıqları” mövzusunda elmi məruzəsi dinlənilib.
Filialın Tədris və elmi işlər üzrə direktor müavini dosent Məmməd Yusifov çıxış edərək seminarı yüksək qiymətləndirib. Kafedranın baş müəllimi Mübariz Süleymanov, müəllimlərdən Zahid Gülümcanov, Veyis Adıgözəlov, filiialın kimya və biologiya laboratoriyasının müdiri Gülnar Həsənovanın verdikləri suallar məruzəçi tərəfindən cavablandırılıb.
Filialın Mətbuat Xidməti







































































































































