UNİVERSİTET

Pedaqoji fakültə haqqında

 Pedaqoji fakültə

Bakı Dövlət Universitetinin Qazax filialının Pedaqoji fakültəsi BDU-nun Qazax filialının əsas tədris, elm və inzibati struktur bölməsi olub, müvafiq sahəyə istiqamətlər daxilindəki bir və ya bir-birinə yaxın olan bir neçə ixtisas (ixtisaslaşma) üzrə bakalavr və magistr hazırlığının istiqamətləndirilməsi işini həyata keçirir. Eləcə də elmi-tədqiqat və tərbiyə işlərinə rəhbərlik edir.

Fakültə öz faəliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “Təhsil haqqında”, “Elm haqqında” Azərbaycan Respublikasının qanunlarını və digər hüquqi aktları, BDU-nun Qazax filialının Əsasnaməsini, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əmr və sərəncamlarını,  BDU-nun  Qazax filialının Direktorluğunun qərarlarını, Direktorun  əmr və sərəncamlarını rəhbər tutur.

Fakültə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən BDU-nun Qazax filialının digər struktur bölmələri və tabeliyində olan qurumlarla əlaqəli şəkildə fəaliyyət göstərir.

Fakültə özündə müvafiq ixtisas (ixtisaslaşma) üzrə mütəxəssis hazırlığını həyata keçirən kafedraları və tədris labaratoriyalarını birləşdirir.

        Fakültədə təhsilalmanın müxtəlif formaları üzrə istehsalatdan ayrılmamaqla (qiyabi) və ya istehsalatdan ayrılmaqla (əyani) mütəxəssislər hazırlanır.

Fakültənin əsas funksyaları aşağıdakılardır:

- Dövlət təhsil standartlarına, müvafiq ixtisas  (ixtisaslaşma) üzrə təhsil proqramlarının tədris planlarına uyğun olaraq ali təhsilalma tələblərinin ödənilməsi və müvafiq ixtisas (ixtisaslaşma) üzrə dərin nəzəri və praktik biliklərə malik olan mütəxəssislərin hazırlanması;

- Hər bir təhsilalanın intellektual, mədəni və mənəvi inkişafının təmin edilməsi, təlim-tərbiyə prosesinin yüksək səviyyədə təşkil edilməsi;

- Tədris prosesinin müvafiq fənlər üzrə metodik təminatının və keyfiyyətinin yüksəldilməsi;

- Professor-müəllim heyyətinin və hər bir əməkdaşın ixtisasının artırılması;

- Elmi araşdırılmaların aparılması;

- Mütəxəssis hazırlığı üçün innovativ texnologiyaların hazırlanması və tətbiq edilməsi.

Öz funksyalarının həyata keçirilməsi məqsədi ilə fakültə:

- dövlət təhsil standartlarına və ayrı-ayrı ixtisaslar (ixtisaslaşmalar) üzrə təhsil proqramlarına uyğun tədris sənədlərini və tədris prosesinin təşkilinə aid sənədləri səlahiyyətləri çərçivəsində hazırlayır;

- tədris prosesini təşkil edir və onun monitorinqini həyata keçirir;

- təlim prosesində innovativ texnologiyalardan və yeni təlim üsullarından istifadə edir;

- profilinə uyğun elmi-tədqiqat işlərini həyata keçirir və elmi-metodiki sənədlər hazırlayır.

Fakültə dekanlığının 8 nəfər əməkdaşı vardır.

  1.  Dekan      Hamlet İlyasov
  2.  Dekan müavini        Mübariz Süleymanov
  3. Metodist       Elmira Piriyeva
  4. Metodist       Ruhiyyə Mansurova
  5. Tyutor          Gülayət Mustafayeva
  6. Tyutor      Ruzmila Xəlilova
  7. Tyutor       Sevinc Qocayeva
  8. Operator       Əsmər Həsənova

Pedaqoji fakültənin  əsasnaməsi