UNİVERSİTET

Fizika tədris laboratoriyası

Fizika tədris laboratoriyası
Bakı Dövlət Universitetinin Qazax filialının struktur bölmələrindən biri olan Fizika tədris laboratoriyası mövcud Əsasnamə ilə müəyyən edilən salahiyyətlər çərçivəsində Avropa təhsil sisteminə inteqrasiya şəraitində filialda müxtəlif ixtisaslar üzrə kadr hazırlığının təmin edilməsi üçün müasir standartlara cavab verən yüksək səviyyəli laboratoriya işinin planlaşdırılması, təşkili və həyata keçirilməsinə nəzarət edir.
Laboratoriya aşağıdakı vəzifələri yerinə yetirir:
- Elm və Təhsil nazirliyi və BDU Qazax filialının Direktorluğunun qərarlarını, Direktorun əmr və göstərişlərini, təlimat və tövsiyələri rəhbər tutaraq elmi-tədqiqat laboratoriya işlərini təşkil etmək;
- Laboratoriya işini yerinə yetirərkən riayət olunması tələb edilən təhlükəsizlik və davranış qaydaları haqqında tələbələrə təlimat vermək;
- Laboratoriyada çatışmayan avadanlıq və ləvazimatların alınması üçün direktorluğa tələbnamə ilə müraciət etmək.
Laboratoriyada aşağıdakı bölmələr üzrə praktikumlar aparmaq üçün şərait yaradılmışdır:
 Mexanika;
 Molekulyar fizika;
 Elektrik və maqnetizm;
 Optika.
“Atom” və “Nüvə fizikası” fənlərindən laboratoriya işlərinin təşkili üçün internet resurslarından və praktikumların keçirilməsi zamanı video-slaydlardan istifadə edilir.
Laboratoriyada daxili nizam-intizam və texniki təhlükəsizlik qaydalarına riayət olunur.
Fizika tədris laboratoriyasının 1 nəfər əməkdaşı vardır.
№ Vəzifəsi Adı və soyadı
1 Laboratoriya müdiri Ənsərova Könül
Fizika tədris laboratoriyasının əsasnaməsi

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.