Ümumi şöbə haqqında
- Nəşr edilib 13.06.2023 12:23
Ümumi şöbə
BDU-nun Qazax filialının Ümumi şöbəsi öz işində Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Elm və Təhsil Nazirliyinin əmr və sərəncamlarını, Azərbaycan Respublikasının Əmək Məcəlləsini, Direktorluğun qərarlarını və BDU-nun Qazax filialının “Əsasnamə”sini, rəhbərliyin əmr və göstərişlərini rəhbər tutur.
Şöbənin əsas funksiyaları:
- Direktorun əmr və göstərişlərini, kargüzarlıqla əlaqədar sənədləşmə işlərini icra edir;
- Filialda işçi və tələbə tərkibinə aid olan əmr layihələrin icrası ilə məşğul olur və rəhbərliyin imzasından sonra indeks nömrələri ilə qeydiyyatdan keçirilərək, aidiyyatı yerlərə göndərilməsi təşkil olunur;
- Daxil olmuş məktub, təqdimat, ərizə və şikayətlər ardıcıllıqla nömrələnir, dərkənar əsasında icraçılara çatdırılır.
- Dərkənar əsasında sənədlər nomenklatura üzrə indekslə təyin olunmuş qovluqlarda yerləşdirilir.
- Poçt xidmətində olan sənədlər qəbul edilir və cavab göndərilməsi lazım olan sənədlərin poçt vasitəsilə göndərilməsi təşkil olunur;
- Bir sıra əmrlərin hazırlanması Ümumi şöbə tərəfindən icra edilir;
- İşçilərin işə qəbulu, işdən azad olunma, başqa işə keçirilməsi, vəzifələrinin böyüdülməsi, mükafatlandırılması və s. haqqında əmr layihələrinin hazırlanıb rəhbərliyə təqdim edilməsini təmin edir;
- Əməkdaşlarla əmək müqavilələrinin bağlanması (işə qəbul), əmək müqavilələrinə xitam (işdən azad olma), başqa işə keçirilmə, məzuniyyətlər, mükafat, yardım, təşəkkür, və s. haqqında əmr layihələrinin hazırlanıb rəhbərliyə təqdim edilməsini təmin edir;
- İşçilərlə bağlanan əmək müqavilələrinin bildirişlərinin qeydiyyata alınması üçün Elektron İnformasiya Sisteminə daxil edir;
- Şəxsi işlərin tərtib olunması, yenilənməsi və əmək kitabçalarında qeydlərin aparılmasını təmin edir;
- İşçilərin əmək fəaliyyətlərinə dair arayışların verilməsini təmin edir;
- Tabel uçotu və nizam-intizam qaydalarına nəzarəti həyata keçirir.
Şöbə fəaliyyətini illik iş planı əsasında həyata keçirir və Əsasnaməyə uyğun olaraq nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.
Ümumi şöbənin 5 nəfər əməkdaşı var.
1 Şöbə müdiri Şəlalə Poladova
2 Kadr üzrə baş inspektor Aidə Xuduyeva
3 Hüquqşünas Tahir Quliyev
4 Operator Afaq Süleymanova
5 Operator Şəymən Məmmədxanlı


Ümumi şöbənin əsasnaməsi