UNİVERSİTET

Kitabxana haqqında

Kitabxana

Bakı Dövlət Universitetinin Qazax filialının kitabxanası ali məktəbin aparıcı struktur bölmələrindən biri olaraq tədris, elmi-tədqiqat və təlim-tərbiyə işi üzrə fəaliyyətin həyata keçirilməsində bu prosesin iştirakçılarını elmi-metodiki ədəbiyyatla və informasiya materialları ilə təmin edir. Həmçinin elmi bilikləri, intellektual əlaqələri yayır, oxucuların informasiya tələbatını ödəyir və onların sorğularına uyğun şəkildə məlumat-biblioqrafiya xidməti göstərir.

Kitabxana aşağıdakı vəzifələri yerinə yetirir:

Filialın kitabxana fondunu respublikamızda və xarici dövlətlərdə nəşr edilən elmi-metodik, tədris, pedaqoji, psixoloji, ictimai-siyasi və  filialın profilinə uyğun digər sahəvi ədəbiyyatla komplektləşdirmək;

  • Kitabxana fondunun komplektləşdirilməsi mənbələrini müəyyənləşdirilməsində iştirak etmək;
  • Ədəbiyyatları elmi və texniki cəhətdən işləyib ayırmaq;
  • Çap nəşrlərinin ümumi və fərdi uçotunu təmin etmək, fondu kataloqlaşdırmaq;
  • Kitab fondunun təkmilləşdirilməsi üzrə dekanlıq və kafedralarla birgə iş aparmaq;
  • Respublika və region  kitabxanaları ilə əlaqə yaratmaq;
  • Kitabxanada abonoment və oxu zalında oxuculara xidmət işi göstərmək, onlarla fərdi iş aparmaq;
  • Məlumat biblioqrafiya işi aparmaq, oxucuların sorğularına şifahi cavab vermək;
  • Oxu zalında elmi axtarışlara köməklik etmək ;
  • İnternetə çıxış imkanının təmin edilməsi ilə  BDU-nun bdu.edu.az. saytından istifadəni təmin  etmək;
  • Köhnəlmiş və yararsız hala düşmüş kitabları kitabxana fondundan silmək;
  • Kitabxanaya dəymiş ziyanın ödənilməsini tələb etmək;
  • Əlamətdar günlərlə bağlı tədbirlərin  keçirilməsində iştirak etmək;
  • Bu Əsasnaməyə uyğun olaraq nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

     Kitabxananın 5 nəfər əməkdaşı var.

1        Kitabxana  müdiri    Kəmalə  Qocayeva

2        Biblioqraf      Aynurə Əliyeva

3        Kitabxanaçı  Ülviyyə  Salmanova

4        Kitabxanaçı  Anara Alməmmədova

5        Kitabxanaçı  Nurlanə  Şahniyarova

Kitabxananın əsasnaməsi

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.