UNİVERSİTET

TƏDRİS ŞÖBƏSİ haqqında

TƏDRİS ŞÖBƏSİ

Bakı Dövlət Universitetinin Qazax filialının əsas struktur bölməsindən biri olan Tədris şöbəsi mövcud Əsasnamə ilə müəyyən edilən səlahiyyətlər çərçivəsində Avropa təhsil sisteminə inteqrasiya şəraitində filialda müasir standartlara cavab verən yüksək səviyyəli kadr hazırlığı üçün tədris prosesinin planlaşdırılması, təşkili və həyata keçirilməsinə nəzarəti təmin edən orqandır. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Təhsil Haqqında Qanununu, Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasını, Ali Təhsil sistemində islahatlar üzrə Dövlət Proqramlarını, "Ali təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili barədə nümunəvi Əsasnamə"ni, Filialın Əsasnaməsini, normativ aktları, Direktorun əmr, sərəncam və göstərişlərini, Filialın Direktorluğunun qərarlarını və bu Əsasnaməni, habelə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və digər mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarını, elmi-metodiki tövsiyələrini rəhbər tutur. “Tədris” şöbəsi fakultə, kafedralar və Filialın digər struktur bölmələri ilə əlaqəli fəaliyyət göstərir.

Şöbə aşağıdakı vəzifələri yerinə yetirir:

  • Tədris prosesinin perspektiv və cari planlaşdırılmasının təşkili;
  • İxtisas kafedraları ilə birlikdə tədris planlarının və tədris-metodiki sənədlərin işlənib hazırlanması;
  • Tədris proqramlarının, hər tədris ili üçün işçi tədris planlarının hazırlanması;
  • Kafedralar üzrə tədris yüklərinin hesablanması və təsdiqi, tədris yükünün professor-müəllim heyəti arasında bölgüsünə və yerinə yetirilməsinə nəzarət;
  • Tələbələrin hərəkətinin uçotu və nəzarəti (akademik möhlət, köçürülmə, xaric olma, bərpa);
  • Tədris prosesinin planlaşdırılması, təşkili və nəzarət məsələləri üzrə əmrlərin, sərəncamların və digər sənədlərin layihələrinin işlənib hazırlanması;
  • Tədris prosesinin təhsil proqramlarına uyğun şəkildə təşkili və idarə olunmasına nəzarət etmək;
  • Filial üzrə tədris və qiymətləndirmə prosesinin qrafıkinin tərtibi və onun icrasına nəzarət;
  • Payız və yaz semestrinin imtahan sessiyalarının təşkili;
  • Tədris prosesinin gedişinin, imtahan sessiyalarının və Yekun Dövlət Attestasiyalarının nəticələrinin təhlili;
  • Tədris prosesini təmin etmək üçün Filial üzrə auditoriya fondunun uçotu və bölgüsü, dərs cədvəllərinin tərtibi və yerinə yetirilməsinə nəzarət;
  • Filialın dövlət akkreditasiyasına hazırlığı ilə bağlı lazım olan işlərin həyata keçirilməsi, zəruri materialların və özünüqiymətləndirmə göstəricilərinin hazırlanması;
  • Filialın keyfiyyət təminatı siyasətində nəzərdə tutulan tədbirlərin icrasında aktiv iştirak etmək;
  • Pedaqoji, tədris, istehsalat, elmi-tədqiqat və elmi-pedaqoji təcrübənin təşkili və keçirilməsinə nəzarət;
  • İxtisaslar üzrə Yekun Dövlət Attestasiyasından (YDA) keçmiş tələbələr haqqında məlumatları toplamaq, yoxlamaq və işlənməsini təmin etmək;
  • Şöbənin fəaliyyəti ilə bağlı hesabatların dövrlər üzrə hazırlanması və Filialın rəhbərliyinə təqdim edilməsi;
  • Şöbə fəaliyyətini hazırlanmış illik iş planı əsasında həyata keçirir və Əsasnaməyə uyğun olaraq nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.

Tədris şöbəsinin 9 nəfər əməkdaşı var.

1        Şöbə müdiri Hürü  Şamilova

2        Pedaqoji İstehsalat təcrübəsinin müdiri  Mətanət Məmmədova

3        Metodist       Leyla Hüseynova

4        Metodist       Təbriz Pirməmmədova

5        Metodist       Ramilə Binnətova

6        Statist Natalya  Rzayeva

7        Hərbi masa üzrə baş inspektor    Akif Muradov

8        Dispetçer      Həsənova Nazxanım

9        Operator      Məlahət Əsgərova

Tədris şöbəsinin əsasnaməsi

 

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.