Direktorluq
- Nəşr edilib 17.07.2024 17:32
Direktorluq
Bakı Dövlət Universitetinin Qazax filialının Direktorluğu BDU-nun Qazax filialının əsas tədris, elm və inzibati idarəedici strukturu olmaqla müvafiq istiqamətlər üzrə işlərə rəhbərlik edir.
Direktorluq öz faəliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “Təhsil haqqında”, “Elm haqqında” Azərbaycan Respublikasının qanunlarını və digər hüquqi aktları, BDU-nun və BDU-nun Qazax filialının Əsasnaməsini, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əmr və sərəncamlarını, BDU-nun Elmi Şurasının qərarlarını, BDU-nun Qazax filialının Direktorluğunun qərarlarını, Direktorun əmr və sərəncamlarını rəhbər tutur.
Direktorluq öz vəzifələrini yerinə yetirərkən BDU-nun Qazax filialının tabeliyində olan strukturlarla əlaqəli şəkildə fəaliyyət göstərir.
Direktorluğun əsas funksyaları aşağıdakılardır:
- Tədris - tərbiyə, elmi və inzibati işlərə rəhbərlik;
-Tədris prosesinə, tələbələrin pedaqoji, tədris və istehsalat təcrübəsinə nəzarət;
- Hər bir təhsilalanın intellektual, mədəni və mənəvi inkişafının təmin edilməsi, təlim-tərbiyə prosesinin yüksək səviyyədə təşkil edilməsi;
- Professor-müəllim heyyətinin və hər bir əməkdaşın ixtisasının artırılması;
- Elmi - tədqiqat işlərinin təşkili və araşdırılmaların aparılması;
- Mütəxəssis hazırlığı üçün innovativ texnologiyaların hazırlanması və tətbiq edilməsi və s.;
Direktorluğun 6 nəfər əməkdaşı vardır:
- Rüstəmov Arif Sədi oğlu - Direktor
- Yusifov Məmməd Rəşid oğlu - Tədris və elmi işlər üzrə direktor müavini
- Eyyubova Sabirə Fərhad qızı - Operator
- Eyyubova Leyla Vaqif qızı - Operator
- Məmmədova Səbinə Saleh qızı - Operator
- Abdullayeva Elmira Mustafa qızı - Operator (Müvəqqəti)

