UNİVERSİTET

Tələbə və arxiv şöbəsi haqqında

Tələbə və arxiv şöbəsi

            Bakı Dövlət Univeritetinin Qazax filialının struktur bölmələrindən biri olan Tələbə və arixiv şöbəsi Azərbaycan Respublikasının Təhsil Qanununa, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, təhsil sahəsində İslahat Proqramına, “Ali təhsil müəssisələri haqqında” Əsasnaməyə, BDU-nun Qazax filialının Əsasnaməsinə və digər normativ sənədlərə uyğun fəaliyyət göstərir.

Tələbə və arxiv şöbəsi aşağıdakı vəzifələri yerinə yetirir:

  • DİM xətti ilə sənəd qəbulunun təşkili və aparılması, bakalavriat  pilləsinə qəbul olan tələbələrin şəxsi işlərinin yığılması, qeydiyyata alınması və saxlanmasını təmin edir;
  • Tələbələrlə əlaqədar verilən əmrlərdən çıxarışların tələbələrin şəxsi işlərində saxlanılmasını və əmrdən irəli gələn digər tələblərin icrasını öz səlahiyyətləri daxilində təmin edir;
  • Tələbələrin buraxılış qrupları üzrə yekun qiymət cədvəllərini, buraxılış işlərinin müdafiə protokollarını alır;
  • Filiala köçürülən tələbələrin şəxsi işlərində tələb olunan sənədlərin mövcudluğunu təmin edir;
  • Tələbələrin hərəkəti ilə bağlı elektron bazanın işlənilməsinı təmin edir;
  • Təhsilini başa vurmuş tələbələrin qaytarılmış tələbə biletlərini dekanlıqdan təhvil alır və yalnız bundan sonra onlara diplom veririlməsini təmin edir;
  • Şəxsi işlərin və digər sənədlərin qorunub lazımi səviyyədə saxlanmasını təşkil edir;
  • Sənədlərin saxlanılması və onların düzgün istifadə edilməsini təmin edir;
  • Müəyyən olunmuş müddətə saxlanıldıqdan sonra müddəti bitmiş sənədləri nəzarət komissiyası yaradaraq ləğv edir;
  • Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyindən, Bakı Dövlət Universitetindən və digər strukturlardan şöbəyə daxil olan əmr və sorğuları filialın direktorunun göstərişi ilə icra edir;
  • Bakı Dövlət Universitetinin Qazax filialının operativ məqsədlərlə istifadə etdiyi lazımi arayış və məlumatları arxiv materialları əsasında hazırlayır;
  • BDU-nun Qazax filialının struktur bölmələrinin fəaliyyəti nəticəsində toplanmış və kargüzarlıqda tamamlanmış sənədləri qəbul edərək mühafizə edir;
  • Arxiv sənədlərindən istifadə olunmasını təşkil edir, arxiv fondunun tərkibi və məzmunu barədə filialın rəhbərliyinə məlumat verir;
  • BDU -nun Qazax filialının fəaliyyəti prosesində toplanan və daimi mühafizə olunan sənədlərin uçotunu aparır;
  • Kargüzarlığa və arxiv işinə dair normativ-metodik sənədlərin (təlimatlar, işlərin nomenklaturası, təsnifatları, mühafizə müddətləri göstərilməklə sənədlərin siyahıları, arxiv haqqında Əsasnamənin) hazırlanmasında iştirak edir;
  • Əsasnaməyə uyğun olaraq nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.

Tələbə və arxiv şöbəsinin 4 nəfər əməkdaşı var.

1          Şöbə müdiri  Nərminə Mehtixanova

2          Arxivçi            Afət Tağıyeva

3          Operator         Xətayə İrəvanlı

4          Operator         Lamiyyə Kazımova

Tələbə və arxiv şöbəsinin əsasnaməsi

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.