Direktor
- Nəşr edilib 09.01.2020 17:53

Rüstəmov Arif Sədi oğlu
1959-cu il sentyabrın 5-də Azərbaycan Respublikası Qazax rayonu, Yuxarı Salahlı kəndində qulluqçu ailəsində anadan olmuşdur. 1977-ci ildə Ağstafa şəhər 1 №li orta məktəbi qızıl medalla bitirmişdir.
1977-ci ildə indiki Bakı Dövlət Universitetinə qəbul olmuş, 1982-ci ildə isə oranı müvəffəqiyyətlə bitirmişdir. 1982–1985-ci illərdə Şamaxı rayonu Ərəbşalbaş kənd orta məktəbində tarix müəllimi və direktor müavini vəzifələrində işləmişdir. 1985-ci ilin iyun ayından BDU-nun indiki politologiya və sosiologiya kafedrasında laborant, baş laborant, kabinet müdiri, müəllim, baş müəllim, dosent vəzifələrində işləmişdir.
2008–2013-cü illərdə BDU sosial elmlər və psixologiya fakültəsinin tədris işləri üzrə dekan müavini vəzifəsində işləmişdir. Politologiya və sosiologiya kafedrasının dosen-tidir. 4 mart 2019-cu ildən etibarən Bakı Dövlət Universitetinin Qazax filialinin direktorudur. 1990-cı ildən fəlsəfə üzrə fəlsəfə doktoru, 2003-cü ildən isə dosentdir.
A.Rüstəmov 1 kitabın, 7 dərsliyin (həmmüəllif), 50-dən artıq elmi məqalənin, tədris proqramının və metodik işin müəllifidir. 1 nəfər elmlər namizədi yetişdirmişdir.
Ailəlidir, 2 övladı var

