Mühasibatlıq haqqında
- Nəşr edilib 08.06.2024 18:49
Mühasibatlıq
Bakı Dövlət Universitetinin Qazax filialının mühasibatlığı büdcədən maliyyələşən idarə, müəssisə və təşkilatların “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununa və digər normativ-hüquqi aktlara uyğun uçot işlərini aparır.
Filialın mühasibatlığı xərclər smetalarının icrasına, müəssisələrarası hesablamalara, pul vəsaitlərinin və maddi qiymətlilərin saxlanmasına, öhdəliklərin icrasına və digər maliyyə-təsərrüfat faktlarının düzgünlüyünə daimi nəzarəti təmin edir.
Büdcə və xüsusi vəsaitlər üzrə xərclər smetalarının, digər büdcədənkənar vəsaitlərin mühasibat uçotu “Büdcədən maliyyələşən idarə, müəssisə və təşkilatlarda mühasibat uçotunun hesablar planı və onun tətbiqinə dair məlumat”a uyğun olaraq vahid balansda aparılır.
Azərbaycan Respublikası Prezidentinin “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” 10 fevral 2010-cu il tarixli, 220 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq uçotun qurulub aparılması təmin edilmişdir.
Mühasibatlıqda işçilər arasında işin həcmindən və funksional əlamətlərindən asılı olaraq xidməti vəzifələrin bölgüsü əsasında iş aparılır.
Mühasibatlıq aşağıdakı vəzifələri yerinə yetirir:
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatların mühasibat uçotu hesabında düzgün əks etdirilməsini, ona nəzarəti, operativ məlumatların təqdim edilməsini;
- Hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
- Dövlət büdcəsinə ödəmələr, dövlət sosial sığorta haqqı və digər ehtiyyat fondlarına ayırmaların tərtib edilməsi;
- Xərclər smetasının icrası, illik smetanın hazırlanması və xüsusi vəsaitləri hərəkətinə daim nəzarət;
- Statistik hesabatları, iqtisadi işləri, işçi və tələbələrin kart sifarişlərinin tərtib edilməsi;
- Ştat cədvəlində dəyişiklərin hazırlanması, professor-müəllim heyətinin elmi ad və elmi dərəcələri üzrə əmək haqqına əlavələrin hesablanması;
- Dövlət sifarişi ilə oxuyan tələbələrin aylıq sifarişlərin hazırlanması;
- Əmək haqqı, saat hesabı əmək haqqı, əmək qabiliyyətinin olmaması vərəqəsinin, əmək məzuniyyətinin, ezamiyyələrin, tələbə təqaüdlərin, digər ödəmə və ödənişlərin hesablanması;
- Ödənişli əsaslarla təhsil alan tələbələrin təhsil haqqı uçotunun aparılması;
- Bütün sənədlərin düzgün şəkildə elektronlaşdırılması və cədvəllərin hazırlanması;
- Mühasibatlıq fəaliyyətini hazırlanmış illik iş planı əsasında həyata keçirir;
- Əsasnaməyə uyğun olaraq nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.
Mühasibatlığın 5 nəfər əməkdaşı var.
1 Baş mühasib Şahin Nağıyev
2 İqtisadçı Cavid Həsənov
3 Mühasib Gülüstan Ramazanova
4 Mühasib Mədinə Mustafayeva
5 Operator Fatma Kəngərli


Mühasibatlıq əsasnamə




