Kompüter və informasiya mərkəzi
- Nəşr edilib 16.07.2024 12:17
Kompüter və informasiya mərkəzi
BDU Qazax filialının əsas struktur bölmələrindən biri olan Kompüter və informasiya öz işini filialının digər struktur bölmələri ilə qarşılıqlı əlaqədə qurur.
Mərkəzin əsas funksiyaları aşağıdakılardan ibarətdir:
- BDU Qazax filialı üzrə informasiya sistemlərinin fəaliyyətinin əlaqələndirilməsinin təmin edilməsi;
- Korporativ şəbəkənin təhlükəsizliyinin və işlək vəziyyətdə saxlanılmasının təmin edilməsi;
- Ali təhsil müəssisələrinin informasiyalaşdırılması proqramının həyata keçirilməsində struktur bölməsinin fəaliyyətinin əlaqələndirilməsi;
- BDU Qazax filialının istifadə olunan informasiya sistemlərinin qarşılıqlı əlaqəli fəaliyyətinin təşkil edilməsi;
- Kompüter şəbəkəsi istifadəçilərinin lokal və kənardan daxil olması üçün internetin işçi vəziyyətdə olmasının təmin edilməsi;
- Tədris və iş prosesində kompüter texnikasından istifadənin səmərəliliyinə nəzarətin təşkil edilməsi;
- “Tələbə-Məzun” Dövlət Məlumat Sistemi, AOİTAS, Təhsil Tələbə Kredit Fondu portallarının idarə edilməsi;
- Əsasnaməyə uyğun olaraq digər vəzifələri yerinə yetirilməsi.
Hal-hazırda filialda müasir tələblərə cavab verən İKT avadanlıqları ilə təchiz olunmuş 2 kompüter otagı müəllim və tələbə heyətinin ixtiyarındadır. Filialın bütün struktur bölmələri fasiləsiz və yüksək sürətli internətlə təmin olunmuşdur.
Kompüter və informasiya Mərkəzinin 5 nəfər əməkdaşı vardır.
№ Vəzifəsi Adı və soyadı
1 Müdir İlkin Şəmilova
2 Mütəxəsis Cavid Həsənov
3 Mütəxəsis Kamal İbadov
4 Operator Pərvanə Abdullayeva
5 Operator Vasif Yolçuyev


Kompüter və informasiya mərkəzinin əsasnaməsi