Tələbə Gənclər Təşkilatı
- Nəşr edilib 15.04.2019 12:23
Tələbə Gənclər Təşkilatı
BDU Qazax Filialının Tələbə Gənclər Təşkilatı gənclərin təhsilə olan marağının artırılması, təhsildə rəqabətin formalaşması üçün müxtəlif layihələr həyata keçirir.
Təşkilat gənclərin bacarıqlarını, istedadlarını və qabiliyyətlərini üzə çıxarmaq, özlərini tanıtmaq məqsədi ilə onların arasında intellektual yarışların keçirilməsini təşkil edir.
Gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların bir-birlərini daha yaxşı tanımaları, əlaqələrin daha da möhkəmlənməsi, eyni zamanda Qazaxın, eləcə də ölkəmizin mədəniyyətini və tarixini daha yaxşı öyrənmək üçün şəhərdə fəaliyyət göstərən muzeylərə, ətraf rayonlara ekskursiyalar təşkil olunur.
Tələbələri sağlam həyat tərzinə dəvət etmək, onları zərərli vərdişlərdən çəkindirmək təşkilatın əsas vəzifələrindən biridir. Bununla bağlı tələbələrlə keçirilən mütəmadi görüşlərdə maarifləndirici söhbətlər aparılır.
Tələbələrdə yüksək vətənpərvərlik ruhunun aşılanması üçün xalqımızın, respublikamızın həyatında mühüm əhəmiyyətə malik tarixi günlər, Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş şəhidlərimiz haqqında ətraflı məlumatların əldə edilməsi, bu sahədəki biliklərin daha da zənginləşməsi üçün tədbirlər keçirilir.
BDU Qazax Filialının tələbələri təkcə rayon əhəmiyyətli deyil, respublika əhəmiyyətli tədbirlərdə də yaxından iştirak edərək yaradıcılıq festivallarında öz töhfələrini verirlər. 2023-cü ilin may ayında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə keçirilmiş respublika festivalda Filialın tələbələri Gəncədə təşkil olunmuş zona müsabiqəsində fərqlənərək Bakıda çıxış etmək hüququ qazanmışlar. May ayının 6-da filialın 3 tələbəsi- qiraət üzrə Aytac Axundova, mahnı ifası üzrə Bəsti Alcanova və saz ifasında Natiq Şahüseynov Bakıda H.Əliyev adına sarayda keçirilmiş tələbələrin yekun konsertində uğurla çıxış etmişlər.

