BDU-nun Qazax filialında interaktiv seminarlar keçirilib

BDU-nun Qazax filialında interaktiv seminarlar keçirilib

1-2 aprel 2024-cü il tarixlərində Bakı Dövlət Universitetinin Qazax filialında Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının və Qazax-Tovuz Regional Məşğulluq filialının birgə təşkilatçılığı ilə interaktiv seminarlar keçirilib.

“Ayın mərkəzi” layihəsi çərçivəsində keçirilən seminarlarda filialın professor-müəllim və tələbə heyəti iştirak edib. Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının əməkdaşı Jalə Bənnayeva və Qazax-Tovuz Regional Məşğulluq filialının əməkdaşı Bəkir Bəkirli tərəfindən keçirilən seminarlarda iştirakçılara “Müsahibə texnikaları”, “Düzgün CV və rezümenin yazılması qaydası” və “Bizi necə gələcək gözləyir? Əmək bazarının araşdırılması” mövzuları barədə ətraflı məlumatlar verilib, tələbələrin sualları cavablandırılıb.

Sonra seminar iştirakçılarına Azərbaycan Respublikasının ƏƏSMN-nin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən hazırlanmış təhsilalanlar üçün özünü-qiymətləndirmə, rezüme, CV və istək məktubu, bazar araşdırması və işaxtarma texnikaları, şəbəkə qurmaq, iş təklifi və müsahibə, iş etikası və peşəkar inkişaf planı ilə bağlı materialları özündə əks etdirən “Tələbələr üçün metodik vəsait” kitabı paylanılıb.

Layihə Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı və  Qazax-Tovuz regional Məşğulluq filialının təşkilatçılığı, Bakı Dövlət Universitetinin Qazax filialının “Keyfiyyət Komissiyası” və Pedaqoji fakültənin dekanlığının dəstəyi ilə baş tutub.

Elçin İSMAYIL,

Filialın Mətbuat Xidmətinin rəhbəri.

 

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.