Bakı Dövlət Universitetinin Qazax filialında Məzun Günü tədbiri keçirilib.

BDU-nun Qazax filialında Məzun Günü

Bakı Dövlət Universitetinin Qazax filialında Məzun Günü tədbiri keçirilib.

Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Filialın direktoru Arif Rüstəmov tədbirdə çıxış edərək əlamətdar gün münasibətilə məzunları, onların valideynlərini təbrik edib, ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından, filialın əldə etdiyi nailiyyətlərdən danışıb. Filialı bakalavriat səviyyəsi üzrə 410, magistratura səviyyəsi üzrə isə 11 tələbənin bitirdiyini qeyd edən Arif Rüstəmov məzunların gələcəkdə bacarıqlı mütəxəssis kimi ölkəmizin tərəqqisində, cəmiyyətin inkişafında mühüm rol oynayacaqlarına əmin olduğunu bildirib.

Filialın direktor müavini Məmməd Yusifov, dekan Hamlet İlyasov, professor Hüseyn Xəlilov, baş müəllim Mustafa Mustafayev çıxışlarında məzunlara uğurlar arzulayıblar. Filialın Tələbə Gənclər Təşkilatının sədri Pəri İbrahimova məzunlar adından danışaraq onlara bəslənən ümidləri öz əməli işləri ilə doğruldacaqlarını söyləyib, onlara yaradılan yüksək şəraitə görə minnətdarlığını bildirib.

Sonra filialın ictimai-mədəni, kütləvi tədbirlərində, eləcə də təhsildə fərqlənən bir qrup məzuna mükafatlar verilib.

Sonda məzunlar rəngarəng konsert proqramı ilə çıxış ediblər.

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.