Kimya və biologiya tədris laboratoriyası
- Nəşr edilib 16.07.2024 13:22
Kimya və biologiya tədris laboratoriyası
Bakı Dövlət Universitetinin Qazax filialının struktur bölmələrindən biri olan Kimya və biologiya tədris laboratoriyası mövcud Əsasnamə ilə müəyyən edilən salahiyyətlər çərçivəsində Avropa təhsil sisteminə inteqrasiya şəraitində filialda müxtəlif ixtisaslar üzrə kadr hazırlığının təmin edilməsi üçün müasir standartlara cavab verən yüksək səviyyəli laboratoriya işinin planlaşdırılması, təşkili və həyata keçirilməsinə nəzarət edir.
Laboratoriya aşağıdakı vəzifələri yerinə yetirir:
- Elm və Təhsil nazirliyi və BDU Qazax filialının Direktorluğunun qərarlarını, Direktorun əmr və göstərişlərini, təlimat və tövsiyələri rəhbər tutaraq elmi-tədqiqat laboratoriya işlərini təşkil etmək;
- Laboratoriya işini yerinə yetirərkən riayət olunması tələb edilən təhlükəsizlik və davranış qaydaları haqqında tələbələrə təlimat vermək;
- Laboratoriyada çatışmayan avadanlıq və ləvazimatların alınması üçün direktorluğa tələbnamə ilə müraciət etmək.
Laboratoriyada aşağıdakı bölmələr üzrə praktikumlar aparmaq üçün şərait yaradılmışdır:
1.İnsan və heyvan fiziologiyası;
2.Onurğasızlar zoologiyası;
3 .Qeyri-üzvi kimya;
4. Azərbaycanın flora və faunası;
5. Ümumi kimya;
6. İnsan anatomiyası.
Mikrobiologiya və virusologiya, Fiziki-kolloid kimya, Genetika və seleksiya, Neft kimyası, Biokimya və molekulyar biologiya bölmələri üzrə isə laboratoriya işlərini təşkil etmək üçün praktikumların keçirilməsi zamanı internet resurslarından və video-slaydlardan istifadə edilir.
Laboratoriya işləri daxili nizam-intizam və texniki təhlükəsizlik şəraitində aparılır.
Kimya və biologiya tədris laboratoriyasının 1 nəfər əməkdaşı vardır.
№ Vəzifəsi Adı və soyadı
1 Laboratoriya müdiri Gülnar Həsənova


Kimya və biologiya tədris laboratoriyasının əsasnaməsi