Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsi
- Nəşr edilib 13.06.2023 06:00
Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsi
Bakı Dövlət Universitetinin Qazax filialının struktur bölməsi olan “Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsi” filialın fakültəsinin, struktur bölmələrinin fəaliyyəti ilə bağlı KİV-lə əlaqələrin qurulması və ictimaiyyətin məlumatlandırılması, professor-müəllim heyəti və tələbələrlə kommunikasiyaların qurulması yolu ilə onları universitetdə görülən işlər, qarşıda duran planlarla tanış edilməsi, filialın güclü tərəflərinin təbliğ olunması yolu ilə potensial tələbələrin, eləcə də təhsil layihələri ilə bağlı vəsaitlərin cəlb olunması məqsədilə işlərin təşkilini və tənzimlənməsini həyata keçirir.
Şöbə “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq informasiya strategiyası, reklam və mətbuatla iş siyasətini, filialın ictimayyətlə əlaqələrinin düzgün koordinasiya və effektli idarə edilməsini, ictimaiyyətin BDU Qazax filialı ilə bağlı informasiya ehtiyaclarının ödənilməsini və inkişaf etdirilməsini təmin etmək məqsədi ilə fəaliyyət göstərir.
Şöbənin əsas vəzifələri bunlardır:
a)Tələbələrlə sıx və mütəmadi olaraq əlaqə saxlamaq, onların fəaliyyətini koordinasiya etmək, gənclərin istedad və bacarıqlarını istiqamətləndirmək və bu sahədə onlara dəstək olmaq;
- b) Filialda aparılan islahatlar, kəşf, ixtiralar, kafedra və laboratoriyaların fəaliyyəti ilə bağlı davamlı olaraq məqalələrlə çıxış etmək;
- e) Filialın saytını idarə etmək, gündəlik xəbərləri yeniləmək;
- d) Filialın fəaliyyəti ilə bağlı KİV-də yayımlanan və həqiqətə uyğun olmayan məlumatlarla bağlı zəruri hallarda universitetin strukturlarının iştirakı ilə cavab hazırlamaq və təhrif hallarının aradan qaldırlması üçün tədbirlər görmək;
c)Filialın tədbirlərində KİV nümayəndələrinin iştirakını təşkil etmək;
v)Filialın sosial şəbəkələrdə fəal iştirakını təmin etmək;
- k) Professor-müəllim heyəti və tələbələrlə iş aparmaq, filialda görülən işlər barədə kollektivi məlumatlandırmaq;
- p) Müasir reklam-informasiya materiallarının, suvenirlərin hazırlanmasında, sərgilərdə iştirak və informasiya-təqdimat fəaliyyəti həyata keçirmək;
- h) Ölkənin və xarici ölkələrin ali məktəbləri ilə münasibət saxlamaq, əməkdaşlıq əlaqələri qurmaq və inkişaf etdirmək.
Filialda fəaliyyət göstərən bduqazax.edu.az saytına şöbənin Mətbuat Xidməti rəhbərlik edir.
Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin əsasnaməsi

