XƏBƏRLƏR

Türkiyənin TED Universiteti ilə BDU Qazax filialı arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Türkiyənin TED Universiteti ilə BDU Qazax filialı arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Türkiyənin TED Universitetinin bir qrup əməkdaşı Bakı Dövlət Universitetinin Qazax filialında olub. Filialın direktoru Arif Rüstəmov TED Universitetinin professoru Dr.Kezban Çelik başda olmaqla nümayəndə heyətini qəbul edib. A.Rüstəmov qonaqlara BDU Qazax filialının tarixi, strukturu, tədris və elm fəaliyyəti ilə bağlı məlumat verib. Bildirib ki, respublikamızın qərb bölgəsinin ən böyük ali təhsil müəssisələrindən biri olan Qazax filialında elmin bir sıra sahələri üzrə kadr hazırlığı həyata keçirilir.

TED Universitetinin professoru Dr. Kezban Çelik çalışdığı ali təhsil müəssisəsi barədə məlumat verərək bildirib iki, TED Universiteti — Türkiyənin Ankara şəhərində yerləşən özəl universitetdir. Türkiyə Təhsil Assosiasiyasının Ali Təhsil Fondu tərəfindən 7 iyul 2009-cu ildə təsis edilmişdir. Universitet 2012–2013-cü tədris ilində 320 tələbədən ibarət ilk qəbul ilə təhsil fəaliyyətinə başlamış, qısa müddətdə ölkənin ən nüfuzlu özəl ali təhsil müəssisəsinə çevrilmişdir. Universitetdə təhsil proqramları ingilis dilində aparılır və Sabancı Universitetindən sonra Türkiyədə liberal incəsənət yönümlü təhsil modelini tətbiq edən ikinci ali təhsil müəssisəsidir. 2021-ci ildə isə Koç və Bilkent universitetləri ilə birlikdə Türkiyədə Ali Təhsil Keyfiyyət Şurası tərəfindən akkreditasiya olunmuş üç fond universitetindən biri olmuşdur.      

Görüşdə iki universitet arasında əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. 

Filialın Mətbuat Xidməti.

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.