İctimai və təbiət fənləri kafedrasında elmi seminar keçirilib
- Nəşr edilib 18.03.2026 05:14

İctimai və təbiət fənləri kafedrasında elmi seminar keçirilib
Bakı Dövlət Universiteti Qazax filialının İctimai və təbiət fənləri kafedrasında növbəti elmi seminar keçirilib. Seminarda kafedranın baş müəllimi Tərlan Bədəlova “Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası” mövzusunda çıxış edib.
Seminarda filialın İctimai və təbiət fənləri kafedrasının müdiri dosent Arif Veyisov, pedaqogika üzrə fəlsəfə doktoru Mübariz Süleymanov, kafedranın müəllimlərindən - Əməkdar müəllim İndira Vəliyeva, Kənan Abbasov, Zahid Gülümcanov çıxış edərək mövzu ilə bağlı öz fikirlərini bildiriblər.
Filialın Mətbuat Xidməti.







































































































































