XƏBƏRLƏR

BDU Qazax filialında Direktoryanı Şuranın iclası keçirilib

BDU Qazax filialında Direktoryanı Şuranın iclası keçirilib

10 fevral 2026-cı il tarixində Bakı Dövlət Universitetinin Qazax filialında Direktoryanı Şuranın növbəti iclası keçirilib. Filialın direktoru Arif Rüstəmov giriş sözü ilə çıxış edərək iclasın gündəliyində duran məsələlər barəsində iştirakçılara məlumat verib.

İclasda “Payız semestrinin imtahan sessiyasının yekunlarının müzakirəsi”, “ 2025/2026-cı tədris ilinin 2-ci semestrinə hazırlığın vəziyyəti haqqında”, “Tədris, istehsalat və müəllimlik ixtisasında təcrübənin təşkili vəziyyəti haqqında” və digər cari məsələlər müzakirə olunub.

Qeyd olunan məsələlərlə əlaqədar filialın Tədris və elmi işlər üzrə direktor müavini Məmməd Yusifov, filialın Tədris şöbəsinin müdiri Hürü Şamilova,  filialın Pedaqoji, tədris və istehsalat təcrübəsinin müdiri Mətanət Məmmədova çıxış ediblər.

Müzakirə olunan məsələlər səsə qoyulub və qənaətbəxş hesab olunaraq qəbul edilib.

Filialın direktoru Arif Rüstəmov iclasın sonunda müzakirə olunan məsələlərlə əlaqədar kafedra müdirlərinə, aidiyyatı struktur rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələr verib.

İclasda bir sıra cari məsələlərə də münasibət bildirilib.

Filialın Mətbuat Xidməti.

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.