XƏBƏRLƏR

BDU Qazax filialında Xocalı soyqırımı qurbanları anılıb

BDU Qazax filialında  Xocalı soyqırımı qurbanları anılıb

Bakı Dövlət Universitetinin Qazax filialında Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş “Xocalı faciəsi – Qalib xalqın silinməyən yaddaşı” mövzusunda anım tədbiri keçirilib.

Tədbir iştirakçıları əvvəlcə filialın foyesində Xocalı soyqırımına həsr olunmuş kitab sərgisi ilə tanış olublar.

Filialın Heydər Əliyev auditoriyasında keçirilən anım tədbirində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərin, soyqırımı qurbanlarının əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Filialın direktoru Arif Rüstəmov giriş sözü ilə çıxış edərək 1992-ci il 26 fevral tarixində baş vermiş Xocalı faciəsinin Azərbaycan xalqına və bütün bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu bildirib. Xocalı soyqırımına ilk siyasi-hüquqi qiymətin Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə verildiyi və 26 fevral tarixinin Xocalı Soyqırımı Günü kimi elan olunduğu qeyd edib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək faciənin ağır nəticələrindən söz açıb. Vurğulayıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə sayəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması, Xocalının azad edilməsi, bu şəhərin sakinlərinin doğma yurdlarına qayıdışı və müharibə cinayətkarlarının ədalət mühakiməsi qarşısına çıxarılması tarixi ədalətin təcəssümüdür.

YAP Qazax rayon Təşkilatının sədri Anar Nəbiyev öz çıxışında Xocalı soyqırımının tanıdılmasında “Xocalıya ədalət” kampaniyasının önəmini vurğulanıb.

İctimai  və təbiət fənləri kafedrasının  baş müəllimi, p.ü.f.d Mübariz Süleymanov “Xocalı faciəsi - Tarixin qan yaddaşı” mövzusunda məruzə ilə çıxış edib.

Sonra filialın Tədris və elmi işlər üzrə direktor müavini dosent Məmməd Yusifov,  İctimai və təbiət fənləri kafedrasının müəllimlərindən Həqiqət Mehtiyeva, Cəvahir Mustafayeva, Dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının müəllimi Əfranə Həsənli, Tarix müəllimliyi ixtisasının IV  kurs tələbəsi Heydər Kəbirov, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının II kurs tələbəsi Gülər Məmmədli, Təhsildə sosial psixoloji xidmət ixtisasının II kurs tələbəsi Aysun Bəndəliyeva çıxış edərək Xocalıda törədilən qətliamın təkcə Azərbaycan xalqına deyil, bütövlükdə bəşəriyyətə qarşı yönəlmiş cinayət olduğunu qeyd ediblər.

Filialın Mətbuat Xidməti.

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.